Hökumətin əhaliyə verdiyi yeni imkan
Azərbaycan hökuməti manata inamı artırmaq üçün istiqrazla buraxacaq.
Azərbaycan
hökuməti manata inamı artırmaq üçün tədbirlər görməyə başlayıb.
42-ciparalel.az-ın məlumatına görə,
Maliyyə Nazirliyi
bu məqsədlə dövriyyəyə manatla, yüksək gəlirliliyə malik istiqrazlar buraxacaq.
Maliyyə naziri
Samir Şərifovun
sözlərinə görə, bu
istiqrazlara
yüksək faiz ödəniləcək: “Mən hamını dəvət edirəm ki, yastığın altında saxladıqları pulları bu istiqrazlarda yerləşdirsinlər. Onların gəlirliliyi
inflyasiyadan
yüksək olacaq. Əgər qiymət artımı 10%-dirsə, 11-12% divident ödəniləcək”.
Manatla yanaşı dollarla da istiqrazların buraxılması planlaşdırılır. Amma bu istiqrazların gəlirliliyi təxminən 3% olacaq.

Samir Şərifov – maliyyə naziri
İstiqraz – onun sahibinin onu buraxan orqandan istiqrazda nəzərdə tutulan müddətdə onun nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. Onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. Bu məsələ Azərbaycanda baş verən ikinci
devalivasiyadan
sonra gündəmə gəldi. Əsas məsələ isə hazırlanan istiqrazlardan vətandaşın və dövlətin nə qazanacağıdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı iqtisadçısı Samir Əliyevin sözlərinə görə, hazırda bəzi insanlar valyutanı yığıb saxlayır. Həmin valyutanın bazara daxil edilməsi üçün istiqrazların buraxılması məqsədəuyğundur.
“Vətəndaşlar manatın məzənnəsində qeyri – müəyyənlik olduğu müddətə qədər dollara daha çox maraq göstərəcəklər. Ancaq neft qalxdıqdan və manat sabitləşdikdən sonra insanların milli valyutaya marağı arta bilər. Bundan sonra əhalidə manatla buraxılan dövlət istiqrazlarını alanların sayı çoxalacaq. İstiqrazların etibarlılığına dövlət təminatı verilir. Vətandaşlar dövlətin təminat verdiyi istiqrazları alıb etibarlı şəkildə saxlaya bilərlər. Geri qaytaranda isə nəzərdə tutulan faizi əldə edəcəklər”,-deyə iqtisadçı bildirdi “.

Samir Əliyev – iqtisadçısı
Samir Əliyevin sözlərinə görə, istiqrazların buraxılması əhalidə olan xarici və yerli valyutanın bazara çıxarılmasına müsbət təsir edəcək. İndiki halda vətəndaşların dollarla buraxılan istiqrazlara maraq göstərməsi ehtimal edilir:
“Onların nominal dəyərini isə hökümət müəyyən edir. Məsələn, min nominal olanda hər kəsin istiqraz almaq imkanı olmayacaq. Əhalinin əlçatanlığı baxımından yüzlük nominalların buraxılması daha uğurlu olardı. Xərc baxımından dövlətə 1000 nominal sərf edir.Ola bilsin ki, bir deyil, bir neçə nominallıq istiqrazlar buraxılsın”,-deyə Samir Əliyev qeyd etdi.
İstiqrazlar ilk dəfə orta əsrlərdə mövcud olan
Venessiya Respublikasında
1171-ci ildə yaradılıb. Həmin vaxt respublika hakimiyyəti ətraf dövlətlərlə aparılan müharibələri maliyyələşdirmək üçün əhalidən borc almaq məcburiyyətində qalıb. Presiti adlandırılan bu borcun əsas məbləği geri qaytarılmasa da, o əbədi olaraq, hər il borcverənə 5% miqdarına gəlir gətirirdi. Bununla da, dünyada istiqraz bazarı meydana gəldi.
Orta əsrlərdə tətbiq edilən bu təcrübə müasir dövrdə də öz populyarlığını itirməyib.
Sovet İttifaqında
da istiqraz bazarı geniş inkişaf etmişdi.
Avropa İttifaqında
da bu sektor kütləvi şəkildə yayılıb. İttifaqa daxil olan dövlətlərdə 0.5 – 0.25 % arasında dəyişən istiqrazlar satışa çıxarılır.
İsveçrədə
hətta faizlər mənfi ilə hesablanır. Hər bir dövlət bunu inflyasiyaya uyğun tənzimləyir.
İstiqrazların buraxılması dövlətlərə xarici borclanmaya getməmək üçün də böyük imkanlar yaradır. Hazırda bir çox dövlət xarici banklardan yüksək faizlərlə kredit almaq əvəzinə daxili borclanmaya gedir. İsitqrazların buraxılması isə Azərbaycanda yaranan maliyyə qıtlığını aradan qaldıra bilər. Vətəndaşlarda olan xarici və yerli valyutanın bazara çıxarılması isə hökumətin xarici banklardan kredit almamasına şərait yarada bilər. İstiqrazların dövlət tərəfindən müdafiə edilməsi isə əhalidə bu sahəyə marağı daha da artıracaq.
42-ciparalel.az