Bakı aeroportunda viza mərkəzləri açılır
Mərkəzlər fevralın 1-dən etibarən işləyəcək.
Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq. Mərkəzlər 2016-cı il fevralın 1-dən etibarən işləyəcək.
“Azərbaycan Hava Yolları”
QSC-nin mətbuat xidmətindən bildirilib ki,
Fars Körfəzi
(
Qətər
,
Oman,
Səudiyyə Ərəbistanı,
Bəhreyn
,
Küveyt
) ölkələrinin, habelə Yaponiya, Çin, Koreya,
Malayziya
və
Sinqapur
vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Heydər Əliyev Hava Limanı
Ötən ilin noyabr ayından Birləşmiş Ərəb Əmirliklərinin (
BƏƏ
) vətəndaşlarına
Azərbaycana
sadələşdirilmiş viza rejimindən istifadə etməklə gəlmək şansı verilib.
Məlumata əsasən, BƏƏ vətəndaşları artıq Azərbaycana gəldikdən sonra ölkənin istənilən aeroportunda viza əldə edə biləcəklər.
Vizanın etibarlılıq müddəti 30 gün təşkil edəcək.

BƏƏ-nin Dubay şəhərinin ümumi mənzərəsi
Hazırda Azərbaycanda Bakı,
Naxçıvan,
Gəncə,
Lənkəran,
Zaqatala və Qəbələ olmaqla beynəlxalq sərnişin daşımalarını həyata keçirən altı aeroport fəaliyyət göstərir.
Həmçinin oxuyun:
Azərbaycan təsir altına düşə bilər
42-ciparalel.az