İlham Əliyev özünə iqtisadi islahatlar üzrə köməkçi təyin etdi
Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
42-ciparalel.az-ı
n məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
42-ciparalel.az xəbər verir ki, Natiq Əmirov vergilər nazirinin birinci müavinidir. 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib. Vergi sistemind müxtəlif vəzifələrdə işləyib, 2009-cu ildə vergilər nazirinin birinci müavini təyin edilib.
42-ciparalel.az