İran Rusiyanı südlə təmin edəcək
İslam respublikası bu ilin sonuna kimi Rusiyaya 800 milyon dollarlıq süd məhsulları ixrac edəcək.
İran
2016-cı ilin sonuna kimi Rusiya Federasiyasına 800 milyon dollar məbləğində süd məhsulları ixrac etmək niyyətindədir. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə İranın Süd Məhsulları İstehsalçıları Assosasiyası məlumat yayıb. İlin əvvəlində Ticarət-Sənaye Palatasının kənd təsərrüafatı komitəsinin rəhbəri “Fars” xəbər agentliyinə verdiyi açıqlamada, aparılan təftişlərdən sonra İranın 4 süd zavodunun öz məhsullarını
Rusiyaya
ixrac etməsi üçün müvafiq lisenziya aldığını bildirmişdi. Təftişlər Rusiyadan gələn mütəxəsislər tərəfindən həyata keçirilib. İxracat prosesinin yanvarın 20-də başladığı bildirilir. İxrac olunan məhsullara əsasən quru süd, müxtəlif pendir çeşidləri daxildir. Rusiya Qərbin Sanksiyalarına cavab olaraq,
Avropa
,
ABŞ
, Kanada və Avstraliyadan meyvə-tərəvəz, balıq, süd məhsullarının idxalına embarqo qoyub və daxili bazarda kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəmək üçün alternativ mənbələr axtarır.
42-ciparalel.az