Search for:

İran prezidentinin səfərində şərab böhranı

Paylaş:


Ruhani Fransada yeməkdən imtina etdi.


Avropa

turuna çıxan İran prezidenti Həsən Ruhaninin yemək ziyafəti söz-söhbətə səbəb olub.


42-ciparalel.az-ın məlumatına görə,

İran

prezidentinin ilk səfəri

İtaliyaya

olub. O, rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib. İtalyanlar Ruhaninin bu istəyini normal qarşılayaraq menyudan şərabı çıxarıblar.Amma

Həsən Ruhaninin

şərabla bağlı eyni tələbi

Fransada

yaxşı qarşılanmayıb. Belə ki, İran prezidenti yanvarın 27-də Fransaya səfəri zamanı təşkil ediləcək dövlət ziyafətində şərab verilməməsini və süfrəyə yalnız halal qidalar qoyulmasını istəyib. Bənzər vəziyyət ötən ilin oyabr ayında da yaşanmışdı. Fransız radio kanalının yaydığı məlumata görə, Ruhaninin bu istəyi Fransa dövlət prinsiplərinə zidd olduğu üçün nahar yeməyi təxirə salınaraq qəlyanaltı ilə əvəz olunub. Bu isə İran tərəfinin narazılığına səbəb olub. Bu yemək ziyafətini bəsit sayan İran nümayəndə heyəti onu qəbul etməyib.





Bu, İran prezidenti Həsən Ruhaninin

“altılıq”

ölkələri ilə nüvə razılığı əldə etdikdən və İranın üzərindən beynəlxalq sanksiyalar götürüldükdən sonra Avropaya ilk səfəridir.


Həsən Ruhaninin İtaliyaya rəsmi səfəri


Qərblə siyasi-iqtisadi əlaqələrin bərpa olunması məqsədi daşıyan səfər çərçivəsində Ruhani bu gün

Vatikanda

Roma papası

Fransisklə

görüşəcək. Daha sonra o,

Parisə

yola düşəcək və burda onun

Fransua Olland

, eləcə də Fransanın investorları, böyük sənaye sahibləri ilə görüşəcəyi planlaşdırılır.


Avropaya səfərə çıxan İran nümayəndə heyətinin tərkibinə 120 nəfər daxildir ki, onlar arasında hökumət üzvləri və iri biznesmenlər də var. Bu il yanvarın 17-də yekun nüvə danışıqlarından sonra

ABŞ



Avropa Birliyi

İrana tətbiq edilən sanksiyaları

Tehran

üzərindən götürüb.Bundan əvvəlsə 2015-ci il iyulun 14-də nüvə proqramı üzrə “altılıq”la İran razılıq sənədi imzalamışdı. Həmin sənədlə Tehran nüvə proqramından dinc məqsədlər üçün istifadə edəcəyi öhdəliyini üzərinə götürmüş, Qərb isə İrana qarşı mövcud olan sanksiyaları aradan qaldıracağına söz vermişdi.






Vyanada nüvə proqramına dair tarixi razılaşma


Son 10 ildə Avropa ölkəsinə səfərə çıxan ilk İran prezidentinin Fransaya səfər öncəsi şərabla bağlı belə bir halın yaşanması xoşagələn deyil. Maraqlıdır ki, İtaliyada bir müsəlman dövlət rəhbərinin süfrəyə şərab verilməməsi istəyi normal qarşılandığı halda, digər Qərb ölkəsi Fransa bunu özünə təhqir kimi qiymətləndirir. Halbuki Ruhanini Fransaya elə Olland özü dəvət edib. Belə qeyri-səmimiliklə başlayan səfərin hansı ab-havada davam edəcəyi və nəticələrinin səmərəli olub olmayacağı isə sual altındadır.

42-ciparalel.az

Paylaş: