Search for:

Alyans sədri Mustafa Cəmilovla görüşüb

Paylaş:


Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, Ukrayna prezidentinin Krım-Tatar xalqının məsələləri üzrə müvəkkili, Radanın antikorrupsiya siyasəti komissiyasının sədri, Ukraynanın xalq deputatı Mustafa Cəmilovla (Krımoğlu) görüşüb.

42-ciparalel.az xəbər verir ki, öz xalqının haqq səsini ucaldan və hüquqlarını müdafiə edən M.Cəmiliovu Krım tatarları əbəs yerə “Krımoğlu” adlandırmırlar.

Krım tatarlarının haqlarını daim müdafiə edən M.Cəmilovun həyatı zəngin hadisələrlə doludur. Karyerasını mexaniki-təmir zavodunda adi çilingər kimi başlamış bu şəxs siyasi haqsızlıqlarla üzləşib, taleyin sarsıdıcı zərbələrinə cəsarətlə sinə gərərək daim xalının hüquqlarını müdafiə edib.

Alyans

Görüşdə M.Cəmilov öz səlahiyyətləri çərçivəsində atdığı addımlar haqda E.Məmmədova ətraflı məlumat verib.


E.Məmmədov isə öz növbəsində, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının hüquq müdafiəçiləri və Ukraynanın tanınmış siyasi xadimləri ilə dostluq əlaqələrinin inkişafına maraqlı olduğunu qeyd edib.

Görüşün sonunda xatirə şəkili çəkilib.

Alyans


42-ciparalel.az

Paylaş: