Gömrükdən keçid 3 dəfə ucuzlaşdı
Xidmət haqqı 50 AZN-ə endirilib.
Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.
Dövlət Gömrük Komitəsinin
mətbuat xidmətindən 42-ciparalel.az bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il yanvarın 27-dən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70 faiz güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevin
sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.
Ötən gün isə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində gömrük sahəsi üzrə panel iclas keçirilib.Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib.”Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”, – deyə Aydın Əliyev bildirib.

Aydın Əliyev -Dövlət Gömrük Komitəsinin sədri
42-ciparalel.az