Prezidentin məmurlara təklif etdiyi maşın (FOTO)
Əsas modellər 14-22 min manatlıq “Lifan 820” və “Lifan 720″dir.
Ötən gün prezident
İlham Əliyev
Azərbaycan
məmurlarına xidməti maşın kimi
Naxçıvanda
istehsal edilən
“NAZ Lifan”
markalı maşınlardan istifadə etməyi məsləhət görüb.
42-ciparalel.az-ın məlumatına görə, dövlət başçısı
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib. O deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir”. Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev 42-ciparalel.az-a açıqlamasında ölkə başçısının bu addımının onlar üçün “yaşıl işıq” olduğunu bildirib: “Prezident bizim işimizə dəyər verdi. Çiyinlərimizə əlavə yük qoydu, biz də bunun öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Onun bu addımı yerli istehsalın gücünü artıracaq”.

Onun sözlərinə görə, bu gün zavodun kifayət qədər imkanı var ki, məmurları maşınlarla təmin etsin. İndiyədək 5 mindən çox maşın istehsal edilib. Lazım gələrsə, iki növbəli işləyib bu say 10 minə, və ya əlavə işçi qüvvəsi götürüb 15 minə də çatdırıla bilər. Əsas odur ki, alıcı qüvvəsi çox olsun.
Lifan 820 və Lifan 720
Bəs məmurlara adıçəkilən zavodda istehsal edilən hansı modellər təklif edilə bilər? Bu gün söhbət əsas iki modeldən gedir – “Lifan 820” və “Lifan 720”. Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Öz istehsalımız olan “Lifan”ların qiyməti isə bundan daha aşağıdır. “Lifan 820″nin qiyməti 22 min, “Lifan 720″i isə 14 min manat civarındadır. Birincinin sürət qutusu avtomat, “Lifan 720″də isə mexanikadır. Qeyd edilən modellər şəhər içi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Musa Abdullayev deyir ki, bu maşınlar rahatlıq baxımından hal-hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir.

“NAZ Lifan 820”


“NAZ Lifan 720”
Yerli avtomobillərin alınmasının mühüm üstünlüyündən danışan direktor onların xarici analoqlarından xeyli ucuz olduğunu deyir. “Bu avtomobillərin hissələri digər “inomarka”lardan fərqli olaraq daha ucuzdur. Düzdür, devalvasiyadan sonra qiymətlərdə fərq olacaq, çünki maşının 100% hissəsi
Çindən
gətirilir, Naxçıvanda yığılır. Amma bu yaxınlarda Çinə səfər etmək və qiymətlərdə razılığa gəlməklə bağlı bir fikrimiz də var. Biz də istəmirik ki, qiymətlər çox qalxsın, əksinə, alıcı qüvvəsi çoxaldıqdan sonra bəzi güzəştlər etmək niyyətindəyik”.Hazırda NAZ-ın ölkə ərazisində 3 yerdə servis mərkəzi var: Naxçıvan,
Bakı
və
Gəncədə
. Amma avtomobillərin satışının artması ilə əlaqədar, lazım gələrsə, mərkəzlərin Xaçmaz, Lənkəran və Şəkidə də açılacağı gözlənilir.
Naxçıvan Avtomobil Zavodu (NAZ)
2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodudur. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində “LİFAN” markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib.

Naxçıvan Avtomobil Zavodu (NAZ)
Dünya liderləri bu maşınlarda gəzir
Dövlət məmurlarının yerli avtomobillərdən istifadəsi dünyanın əksər ölkələrində də müşahidə olunur, hətta, demək olar ki, bu, bəzi ölkələrdə məcburi qaydadır. Məsələn,
Rusiya
və Çin çoxdan bu addımı atıb. Ötən ilin oktyabr ayında Çeçenistan rəhbəri
Ramzan Kadırov
bütün məmurlara yalnız yerli maşınlardan istifadə etmələrini söyləyib. Prezident “Çeçenavto” zavodunda istehsal olunan “Lada-Vesta” markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Hətta ölkə prezidenti də ilk olaraq bu maşından istifadə edib və onun rahatlığının heç də xaricilərdən geri qalmadığını deyib.
Rusiya prezidenti
Vladimir Putin
hətta məmurlara xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə qadağa qoyub. Sərəncama əsasən, məmurlar yalnız Rusiya aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.
Çində də dövlət məmurları milli aviaşirkətlərdən başqa reyslərlə uça bilməz.Bundan başqa dünyanın bir çox ölkəsinin rəhbər şəxsləri məhz öz ölkələrində istehsal edilən maşınlardan istifadə edir. Məsələn, Fransa prezidenti Fransua Olland xidməti maşın olaraq ”
Citroen
DS5 Hybrid4″, Çin dövlət başçısı Şi Cinping Çin istehsalı olan
“Hongqi”
, Yaponiya İmperatoru ”
Toyota
Century Royal” dan istifadə edir. Æslində, dövlət rəhbərlərinin belə bir qərar vermələri təbiidir. Bununla onlar həm ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışır, həm israfçılığın qarşısını alır, həm də xərclənən pulların yenidən dövlət büdcəsinə qayıtmasına şərait yaradırlar. Azərbaycanda da dövlət sifarişlərinin verilməsi ilə Naxçıvandakı zavod istehsalını əlavə olaraq 2-2,5 min artıra bilər. Bu isə həm yeni iş yeri, həm də gəlirlərin artması deməkdir.
42-ciparalel.az