Search for:

Azərbaycan deputatı ilk dəfə AŞ PA komitəsinin sədri seçildi

Paylaş:


İlk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.

Strasburqda


Avropa Şurası Parlament Assambleyasının


qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.


Milli Məclisin


mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, iclasda Azərbaycan Parlamentinin deputatı, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib.


İlk dəfədir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.


Sahibə Əli qızı Qafarova


Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, IV çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.











O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və


Azərbaycan Dillər Universitetini


(ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.


1981-ci ildən bu günə qədər


Bakı Slavyan Universitetində


çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.


2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir.


70-dən çox elmi və tədris-metodik işin,

proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

42-ciparalel.az

Paylaş: