Search for:

Azərbaycanın nefti bahalaşdı

Paylaş:


Dünya birjalarında neftin qiyməti 33 dolları da keçdi.

Neftin dünya bazarlarında qiyməti bahalaşmaqda davam edir. 42-ciparalel.az-ın məlumatına görə,


Nyu-York


və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb.


Nyu-York birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 3,45% qalxaraq, 32,53 dollar olub. ICE Futures London birjasında


Brent


markalı neftin bir barelinin qiyməti 4.24% qalxaraq, 33,93 dollar olub.


Azərbaycanın “AzəriLayt” markalı neftinin bir bareli də bahalaşaraq 33,88 dollara çatıb.


Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,38 dollardır. Platinin 1 qramı 26.98 dollar, palladiumun 1 qramı isə 16.06 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.







Neftin qiyməti Rusiya-Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır.




O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.


42-ciparalel.az

Paylaş: