Search for:

Azərbaycana 4 milyardlıq yardım ayrıla bilər

Paylaş:


Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana yardım paketi ayırmağı nəzərdən keçirir.

“Financial Times” qəzeti

Beynəlxalq Valyuta Fondu

və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan

Azərbaycan

4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyi barədə xəbər yayıb. 42-ciparalel.az-ın məlumatına görə, Valyuta Fondunun rəsmisi qəzetə verdiyi açıqlamada, yerli hökümətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və

Dünya Bankının

nümayəndə heyətlərinin yanvarın 28-dən Fevralın 4-ə kimi Bakıda görüşlər keçirəcəyini deyib. Bu iki iri maliyyə institutundan savayı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi yazılır. Qəzetdə həmçinin Azərbaycanın əsasən neft və qazın ixracatından gəlir gətirdiyi və mövcud bazar qiymətlərinin Azrəbaycanda valyuta böhranı yaratdığı qeyd olunur. Beynəlxalq Valyuta Fondu – Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

42-ciparalel.az

Paylaş: