PKK-ya snayper hazırlayan dövlətlərin adı açıqlandı – FOTOLAR

0
1749455559.370044



Türkiyə hərbi kəşfiyyatı PKK terror təşkilatı üçün döyüşən snayperlərin arxasında dayanan dövlətlərin adını açıqlayıb.



42-ciparalel.az-ın

xarici mediaya istinadən verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, PKK-nın snayperləri Suriyanın Lazikiyə və Kobani şəhərlərində Bəşər Əsəd və rus hərbiçiləri tərəfindən xüsusi təlim keçərək, Türkiyəyə göndərilir.

Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, hazırda Suriyada PKK terrorçuları üçün təlim keçən 4 hərbi düşərgə mövcuddur. PKK-çılar rus istehsalı olan silahlarla təlim keçirlər.

Bundan əlavə, Suriya PKK yaraqlılarını partladıcı maddələr və bomba hazırlanması üçün lazım olan ləvazimatlarla da təmin edir.



PKK-ya snayper hazırlayan dövlətlərin adı açıqlandı – FOTOLAR


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir