Search for:

DTX casus Azərbaycan vətəndaşını həbs etdi

Paylaş:


Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Azərbaycan

Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib.


DTX-nin İctimai əlaqələr şöbəsindən 42-coparalel.az-a verilən məlumatda bildirilib ki, xidmətin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində

Azərbaycan Respublikasının

vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 14-də prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında

fərman imzalayıb.

Fərman Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzalanıb.







M.Quliyev – DTX rəisi



Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası

Milli Təhlükəsizlik Nazirliyinin

əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.Prezident

İlham Əliyev


Mədət Quliyevin

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

42-ciparalel.az

Paylaş: