Azərbaycanın 100 milyon manat gəliri olacaq
“Dürüstləşmədən sonra 2016-cı ilin büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir”
”
Azərbaycan
2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir”. M
aliyyə naziri
Samir Şərifov
jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, həmin vəsait büdcə kəsirinin qarşılanmasına ayrılacaq.”Dürüstləşdirilmiş büdcədə
Vergilər Nazirliyinin
xətti ilə daxilolmalarda əvvəl qeyd olunan gəlirin 200 mln. manat azalması,
Dövlət Gömrük Komitəsinin
gəlirlərinin isə 220 mln. manatdan çox artmasını proqnozlaşdırırıq. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir”.

Samir Şərifov – Maliyyə naziri
Nazir bildirib ki, dövlət əmlakının özəlləşdirilməsindən daha böyük həcmdə vəsaitin cəlb edilməsi imkanı istisna deyil. Prezident
İlham Əliyev
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirmişdi ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir.
“Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir. Mən
Davosda
keçirilən Dünya İqtisadi Forumunda özəlləşdirmə ilə bağlı beynəlxalq mütəxəsislərlə məsləhətləşmələr aparmışam”, – deyə prezident bildirib.

Prezident İlham Əliyev konfransda çıxış edərkən
42-ciparalel.az