Onun yerinə Azərbaycanа müavini səfərə gələcək.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)
Parlament Assambleyasının (PA) prezidenti
İlkka Kanervanın
bu gün
Azərbaycana
planlaşdırılan səfəri təxirə salınıb.
42-ciparalel.az-ın məlumatına görə, onun yerinə Azərbaycanа müavini səfərə gələcək. Kanervanın səfərinin hansı səbəbdən təxirə düşdüyü məlum deyil.
ATƏT PA sədri İlkka Kanervanın Azərbaycana baş tutacağı səfəri barədə jurnalistlərə
Milli Məclisin vitse-spikeri Bahar Muradova məlumat verib.

Bahar Muradova- Milli Məclisin vitse-spikeri
B.Muradova bildirib ki, İ.Kanerva səfəri çərçivəsində Azərbaycan Parlamentində və digər rəsmi orqanlarda yüksək səviyyəli görüşlər keçirəcək: “Bu, Azərbaycana
Dağlıq Qarabağ münaqişəsinin
həlli və digər məsələlərlə bağlı mövqeyini çatdırması baxımından gözəl imkan olacaq”.
İlkka Kanerva 2014-cü ilin iyul ayının 2-də ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasının sonuncu günü bu
vəzifəyə seçilib.
İ.Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını söyləyib.
42-ciparalel.az
