Syerra-Leonedə “Ebola” virusuna iki yeni yoluxma halı xəstəliyin ikinci nəslinə aiddir.
42-ciparalel.az
məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola üzrə xüsusi nümayəndəsi Bryus Eylvard bəyan edib.
“Ebola mutasiya edir. Xəstəliyin ikinci nəslinə aid vaksin hələ ki, yoxdur. Üçüncü nəsil formasının olub-olmayacağı isə hələ ki sual altındadır”, deyə B. Eylvard bildirib.
Yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonedə “Ebola” virusuna yeni yoluxma halları qeydə alıb. Qeyd edək ki, 2015-ci ilin noyabrında ölkədə epidemiyanın sona çatdığı bəyan edilmiş, Syerra-Leone “Ebola”dan azad ölkə elan olunmuşdu.
42-ciparalel.az
