Search for:

Xoşbəxt ailə 5 dəqiqəyə dağıldı (FOTO)

Paylaş:


Futbolçu arvadına bahalı boşanma hədiyyəsi edib.

Türkiyə yığmasının və

“Fənərbaxça”

klubunun futbolçusu

Caner Erkin

həyat yoldaşından rəsmən boşandı. 42-ciparalel.az-ın məlumatına görə, hakim qarşısına çıxan cütlük boşanma şərtlərini qəbul etdiklərini deyiblər. Ä°llərdir davam edən qalmaqallı bərabərlik bir neçə dəqiqədə bitib. Belə ki, məhkəmədə 5 dəqiqə ərzində cütlüyün ərizəsinə baxılaraq rəsmən boşanmaları haqqında qərar verib. Cütlük məhkəmədən bir yerdə gülə-gülə çıxıblar. Onlar yemək yeməyə getdiklərini deyiblər.


Cütlüyün ayrılma səbəbi isə Asena Erkinin müğənni Berkayla gizli münasibətinin olmasıdır. Bundan xəbər tutuan futbolçu həyat yoldaşı ilə dalaşıb. Bir müddət əvvəl, Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkinə 2 milyon 700 min TL (1 milyon 433 min AZN ) dəyərində boşanma hədiyyəsi kimi

lüks cip

alıb.Asena artıq yeni maşını istifadə etməyə başlayıb. Onun şəhərdə bu maşında tez-tez göründüyü bildirilir.







Asena Erkinin hədiyyəsi







Berkay – ifaçı


Medianın gündəmindən düşməyən futbolçu ötən il həyat yoldaşına

yaşıl rəngli bahalı idman maşını

da almışdı. Lakin Asena bir müddət idarə etdikdən sonra, çox diqqət cəlb etdiyi üçün bu maşınını satıb.







Futbolu və həyat yoldaşı

42-ciparalel.az

Paylaş: