Azərbaycan kifayət qədər maliyyə ehtiyatına malikdir
“Ölkədə makroiqtisadi vəziyyət stabil və dayanıqlıdır”.
”
Azərbaycan
kifayət qədər valyuta ehtiyatlarına malikdir”.42-ciparalel.az-ı
n məlumatına görə, bu sözləri
Azərbaycan Respublikası Dövlət Neft Fodunun
İcraçı Direktoru
Şahmar Mövsümov
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə deyib.
Görüşdə bildirilib ki, “Azərbaycanın
Beynəlxalq Valyuta Fonduna
maliyyə dəstəyi üçün müraciət etməsi haqqında mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir və bu xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Bundan başqa, o da vurğulanıb ki, Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir. Ölkədə makroiqtisadi vəziyyət stabil və dayanıqlıdır”.

Şahmar Mövsümov – ARDNF-in icraçı direktoru
Görüşdə həmçinin, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və keçid dövründə ölkənin yeni iqtisadi modelinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
də bəyan edib ki, Beynəlxalq maliyyə institutlarına maliyyə yardımı üçün müraciət olunmayıb. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər möhkəmdir.
ARDNF 1999-cu ilin dekabrında qurulan, neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.
ARDNF-in aktivləri 1 dekabr 2015-ci ildə 33.6 milyard dollar təşkil edib.
42-ciparalel.az