Sabah Bakıda və rayonlarda yollar buz bağlayacaq


Yanvarın 26-da Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşam qədər tədricən güclənəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən



Lent.az

-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 0-2 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta,  gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.



42-ciparalel.az

Əlaqədar Yazılar