Dünyanın ən yaxşı aşpazı öldü
Benuit Valyerin intihar etdiyi güman olunur.
42-ciparalel.az-ın məlumatına görə, 44 yaşlı aşpaz
İsveçrədə
, Lozanna şəhəri yaxınlığında “de Otel de Ville Krisyer” adlı restoranı çalışdırıb. Həmin restoran dekabr ayında dünyanın ən yaxşı restoranı seçilib. İsveçrə polisi əslən fransız olan aşpazın intihar etdiyini ehtimal edir.

O bugün
Parisdə
keçiriləcək “Mişlenin qırmızı bələdçisi” adlı ən məşhur və nüfuzlu restoranların əks olunduğu soraqçanın təqdimat mərasimində iştirak etməli idi.
Maraqlıdır ki, bundan 6 ay əvvəl onun müəllimi və “de Otel de Ville” restoranın əvvəlki sahibi Filip Roşat da eynilə intihar etmişdi. İnsidetlə bağlı araşdırma davam edir.
42-ciparalel.az