Search for:

“Formula 1″ə görə Bakıda daha bir yol bağlandı

Paylaş:


Mərkəzi yol fevralın ortalarına kimi bağlı olacaq.

Bakının mərkəzində daha bir yol bağlanır. Nəqliyyatı İntrelektual İdarəetmə Mərkəzindən



42-ciparalel.az verilən məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı

Bakı Şəhər Halqası

Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək

Formula 1

yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.


Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-i səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən başlayaraq

Niyazi

küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.


Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.






“Formula 1” Bakı xəritəsi


2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2015-ci ildə keçirilməsi nəzərdə tutulub.


3-günlük biletləri Formula 1 ™ Məşq sessiyalarına, Təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək. Bu bilətlərlə siz həftənin Cümə axşamı pit zolağına giriş və həftəsonu müxtəlif ticarət və əyləncə zonalarına daxil olmaq imkanını əldə edəcəksiniz. Cümə, şənbə və bazar axşamları əyləncənizə rəng qatmaq üçün xarici ulduzların iştirakı ilə müxtəlif konsert proqramları təşkil ediləcək. Formula-1 Avropa Qran Prisi üçün biletlər

https://www.bakucitycircuit.com/

saytı vasitəsilə satışa çıxarılıb.

42-ciparalel.az

Paylaş: