Search for:

Kreml: Putinin Ərdoğanın görüş istəyindən xəbəri var (FOTO)

Paylaş:


Putinin mətbuat xidmətinin başçısı görüşün baş tutub-tutmayacağı barədə sualları cavablandırmayıb.



Vladimir Putin

Türkiyə prezidenti

Rəcəb Tayyib Ərdoğanın

görüş istəyindən xəbərdardır”.


42-ciparalel.az-ın məlumatına görə, bu barədə jurnalistlərin sualını cavablandıran, Rusiya prezidentinin mətbuat katibi

Dmitri Peskov

deyib. “Rəcəb Tayyib Ərdoğanın bu istəyi haqqında prezidentə hesabat verilib”. Lakin Peskov bu görüşün baş tutub-tutmayacağı barədə sualları cavablandırmaqdan imtina edib.







Dmiti Peskov- Rusiya prezidentinin mətbuat katibi


Türkiyə Xarici İşləri Nazirliyinin yanvarın 29-da Rusiyaya məxsus

“Su 34”

təyyarəsinin Türkiyə hava sərhədlərini pozması haqqında yaydığı bəyanatdan sonra prezident Rəcəb Tayyib Ərdoğan Putinlə şəxsən görüşmək istədiyini bildirib.Ərdoğan baş verən hadisəyə münasibət bildirib. “”

Rusiya

tərəfi

Türkiyənin

suverenliyinin pozulmasına yönəlik davranışlarını davam etdirəcəyi təqdirdə bunun ağır nəticələrinə hazır olmalıdır”.







Rəcəb Tayyib Ərdoğan – Türkiyə prezidenti


Rusiya Müdafiə Nazirliyi isə Türkiyənin hava sərhədlərinin pozulması haqqında yayılan xəbərləri təkzib edib.







“Su 34” tipli təyyarə


Türkiyə hava sərhəddinin ikinci dəfə Rusiya tərəfindən pozulması 2016-cı il yanvarın 29-da baş verib – Rusiya hava qüvvələrinə aid “Su-34” döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsinə girib. Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”. Bundan əvvəl ötən ilin noyabrında Rusiyaya məxsus

“Su 24”

təyyarəsi Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulub.

42-ciparalel.az

Paylaş: