Ordumuz cəbhədə mühüm yüksəkliyi ələ keçirdi


Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yaydı.



Azərbaycan


Müdafiə Nazirliyi


yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın


Qazax rayonu


ilə Ermənistanın


Noyemberyan


yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.


“Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”. – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.





Azərbaycan və Ermənistan sərhədi, yüksəkliyin ələ keçirildiyi bölgə

42-ciparalel.az

Əlaqədar Yazılar