Azərbaycanın korrupsiya üzrə dünya reytinqində yeri bəlli oldu


“Transparency International” təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi açıqlanıb.


“Transparency International”

təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ)

Azərbaycanın

yeri dəyişməyib. 42-ciparalel.az-ın məlumatına görə, bu il indeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb. İndeks 100 bal (çox yaxşı) – 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 29 balla, 175 ölkə arasında 126-cı sırada göstərilib. 2015-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.


Bunlar aşağıdakı mənbələrdir:


1. World Economic Forum Executive Opinion Survey (EOS) 2015


2. Bertelsmann Foundation Transformation Index 2016


3. Political Risk Services International Country Risk Guide 2015


4. Economist Intelligence Unit Country Risk Ratings 2015


5. Global Insight Country Risk Ratings 2014


6. Freedom House Nations in Transit 2015


Bu il Azərbaycanın göstəricisi keçən ilki nəticəsi ilə eynidir. Təşkilatın məlumatına görə, son illərdə ölkənin reytinqindəki cüzi irəliləyiş bir pəncərə sistemi əsasında səmərəli dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzlərinin uğurlu idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilib. Ã–lkənin bu il göstəricisinin dəyişməz qalmasına səbəb kimi isə “Transparency Azerbaijan” dünyada neftin qiymətinin ucuzlaşmasının Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir etməsini, manatın devalvasiyasını və nəticədə iqtisadi bərabərsizliyin dərinləşməsini göstərir.









Azərbaycanın ötən illərdə Korrupsiya Qavrama İndeksində tutduğu yer və topladığı ballar


Mənbə: “Transparency Azerbaijan”


KQİ “Transparency İnternational” təşkilatının Berlində yerləşən katibliyi tərəfindən hazırlanır. TI məlumatları toplayıb, ekspertlərlə metodologiya üzrə dəqiqləşdirmələr aparıb və indeksi tərtib edib. KQİ “Transparency International” təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 2012-ci ilə qədər qiymətləndirmə 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. 2015-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə və ya cəmiyyətdə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.


42-ciparalel.az

Əlaqədar Yazılar