Xarici İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb.
Azərbaycan
bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə
Qətər
,
Oman
,
Səudiyyə Ərəbistanı
,
Bəhreyn
,
Küveyt
,
Yaponiya
,
Çin
,
Cənubi Koreya
,
Malayziya
və
Sinqapur
vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.
Məlumatda o da qeyd olunur ki, bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən
Birləşmiş Ərəb Əmirliklərinin
vətəndaşlarına şamil edilir.

42-ciparalel.az
