Şimali Koreya
hökuməti uzaqmənzilli raketlərin sınağına başlayacaq. 42-ciparalel.az-ın məlumatına görə, yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirən Koreya Xalq Demokratik Respublikası daha bir bombanı sınaqdan keçirməyə hazırlaşır.
Bu barədə məlumatı
Yaponiyanın
Kyoda xəbər agentliyinə adının açıqlanmasını istəməyən, yapon hökumət nümayəndəsi verib. O bildirib ki, Şimali Koreyanın qərb sahillərində yerləşən
Tongchang
raket sınaq mərkəzində hazırlıq işlərinin görüldüyünü bildirib. Yaponiya hökumət mənbələrində bu sınaqların bir həftə içərisində baş tuta biləcəyi də iddia edilir.

Kim Çen In – Şimali Koreya lideri
Uzaqmənzilli rakatelər haqqında xəbərlər Şimali Koreya Lideri
Kim Çen Inin
ABŞ-ı bir addımda yox edə biləcək, silahlara sahib olması haqqında verdiyi bəyanatdan sonra yayılmağa başlayıb.
Uzaqmənzilli raket
Yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirən,
Şimali Koreya
nüvə dövləti olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa,
Pxenyan
bildirib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.
Koreya Xalq Demokratik Respublikası
Bəyanatda həmçinin qeyd olunur ki, KXDR öz nüvə proqramından
ABŞ
ona qarşı düşmənçilik siyasətindən əl çəkmədikcə əl çəkməyəcək.
Nüvə qurğusunun partladılması ölkədə 5,1 bal gücündə zəlzələ olmasına səbəb olub. Yeraltı təkanların səbəbi “süni xarakterli” olub.
42-ciparalel.az
