Hər iki cinayətkar bir həftə əvvəl həbsxanadan qaçmışdı.
ABŞ hüquq-mühafizə orqanları bir neçə gün əvvəl Kaliforniya ştatında
həbsxanadan qaçan iki təhlükəli cinayətkarı
yenidən həbs edə bilib.2-ciparalel.az-ı
n məlumatına görə, bu barədə Orinc dairəsinin şerifi Sandra Xatçens açıqlama verib. Onun sözlərinə görə, 37 yaşlı Hüseyn Hayeri və 20 yaşlı Conatan Tiu həbsxanadan qaçandan bir hətfə sonra San-Fransisko ştatının polis departamentinin əməkdaşları tərəfindən həbs edilib.
Xatçens bildirib ki, Hayeri və Tiu qaçırdıqları ağ rəngli yük avtomobili ilə Los Ancelesdə tutulublar.
Yanvar ayının 22-də Hayeri və Tiu
Kaliforniya
ştatında Santa-An həbsxanasından qaçmışdılar.

Hüseyn Hayeri (solda) və Conatan Tiu (sağda)
Entoni Hopkinsin “Quzuların sükutu” filmində yaratdığı hanibal-manyak obrazı ilə müqayisə edilən təhlükəli cinayətkar Hüseyn Nayeri İranda anadan olub. Hüseyin Nayeri
ABŞ-da
dəniz piyada qoşununda hərbi hazırlıq keçib.
Nayeri bir sıra qanlı və amansız cinayətlər törədib. Belə ki, 2012-ci ildə Nayeri narkotik ticarəti etdiyi adamı oğurluğuna görə tanınmaz hala düşənə qədər döyüb və ona yanan məşəllə işgəncə verib. Həmin il cinayətkar ABŞ-dan
İspaniyaya
uçmağa çalışarkən saxlanılıb.
42-ciparalel.az
