Dağıstana 50 ədəd patron keçirən azərbaycanlı saxlanılıb
Dağıstanın Məhərrəmkənd rayonunda sərhədçilər Azərbaycan vətəndaşından 50 ədəd patron götürüblər.
42-ciparalel.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, ov tüfənginə aid olan patronlar ekspertizaya göndərilib.
Hazırda həmyerlimizin patronların Dağıstana hansı məqsədlə keçirdiyi araşdırılır.
42-ciparalel.az
