Neft ölkələrinin diqqəti Rusiyada

0
1749455353.8428319


“Əgər Rusiya və OPEK razılığa gəlsə, bu çox gözəl olacaq”.



Azərbaycan


Rusiya



OPEK

arasında neft hasilatının azalması barədə razılığın əldə olunmasında maraqlıdır”.42-ciparalel.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın

ABŞ-dakı

səfiri

Elin Süleymanov

deyib. “Biz neftin qiymətlərinin qalxmasını görmək istərdik. Bu bizim maraqlarımızdadır. Əgər Rusiya və OPEK razılığa gəlsə, bu çox gözəl olacaq”, -deyə Süleymanov bildirib.





Elin Süleymanov – Azərbaycanın ABŞ-dakı səfiri


Xarici mətbuatın yazdığına görə, isə 2016-cı ildə neft qiymətlərin taleyini Rusiya müəyyən edəcək. Məlumatda bildirilir ki, bu il neft qiymətləri Rusiya və OPEK-in hasilat barədə razılaşmasından aslı olacaq. Bazarın bütün diqqəti rəsmi Moskvanın siyasi gedişlərinə köklənəcək. Nüfuzlu

RBC Capital Markets

şirkətinin əməkdaşı Helimı Kroftun fikrincə, OPEK üzvləri razılığa gəlsələr, bu qərar neft qiymətləri üçün böyük dəstək olacaq. Bu razılıq xüsusi ilə

Səudiyyə Ərəbistanı

ilə əldə olunmalıdır.





Helimı Kroft – RBC Capital Markets şirkətinin əməkdaşı


İqtisadçılar isə 2016-cı ildə neftin orta qiymətinin 42 dollar olacağını proqnozlaşdırırlar. Bu gün dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşmağa başlayıb. Ötən gün 35.55 dollar olan

“Brent” markalı neftin

qiyməti bu səhər ucuzlaşaraq 34.06 dollar olub. Ã–tən ilin dekabrda neft qiymətlərin ən aşağı həddə – yəni 27 dollara kimi enib. Neft qiymətləri 2007-2009-cu illərdəki qiymətlərinin təkrarlayıb. Bir sıra qiymətləndirmələrə əsasən, neftin bir barelinin qiyməti 2017-ci ildə 55 dollara çata bilər. Hazırda isə bütün ümidlər Rusiya və OPEK arasında keçiriləcək görüşədir. Bundan əvvəl Rusiyanın Energetika naziri

Aleksandr Novak

bildirib ki, fevral ayında OPEK-lə görüş keçiriləcək. Həmin görüşdə əsas müzakirə mövzusu ölkələrin neft hasilatını 5% azaltması ilə bağlı olacaq.

42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir