Prezidentin tapşırıqlarının icrasında aktivlik

Məlum olduğu kimi, Dünya Bazarında neftin qiymətinin
3-4 dəfə ucuzlaşması, iqtisadiyyatının əhəmiyyətli hissəsi neft hasilatı üzərində
qurulan ölkələrə, o cümlədən, Azərbaycana böyük mənfi təsirlər göstərməkdədir.

Belə bir durumda bütün ölkə, xüsusilə də, aztəminatlı
insanlar əziyyət çəkir çəkir. Problemlərlə üzləşən insanların ən çox göz
dikdikləri, lazımi tədbirlər üçün tapşırıqlar verəcəyini gözlədikləri, bir sözlə,
ümid bağladıqları insan ölkənin prezidentidir.

Prezident İlham Əliyev böhranın yaratdığı fəsadların
aradan qaldırılması, azad biznes mühitinin yaradılması, sahibkarlığın
inkişafına təkan verilməsi, aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi
və s. həyati əhəmiyyətli məsələlər barədə sərəncamlar imzaladı, anti-böhran tədbirləri
planını təsdiq etdi.

Artıq növbə çatdı Prezidentin
tapşırdıqlarının, imzaladığı sərəncamlardan irəli gələn məsələlərin yerinə
yetirilməsinə. Buna isə Mərkəzi İcra Hakimiyyəti Orqanları, xüsusilə də,
regionlardakı Rayon İcra Hakimiyyətləri məsuliyyət daşıyır.

Etirazların regionlarda daha da qabarıq və
emosional şəkildə nümayiş olunduğunu nəzərə alsaq, bu ərazilərdə insanların
dinlənməsi, problemlərinin həlli, provakasiyalara getməyin yolverilməz
olduğunun onlara çatdırılması və s. bu kimi əhəmiyyətli məsələlər daha
aktuallaşır və vacib şəkil alır. Burada birbaşa İcra Hakimiyyəti Başçılarının
üzərinə böyük məsuliyyət düşür.


Prezidentin tapşırıqlarının icrasında aktivlik

İcra Hakimiyyəti Başçılarının əhali ilə daha
da səmimi olması, mütəmadi görüşlər keçirməsi, vətəndaşların qəbulunu fasiləsiz
olaraq təşkil etməsi, kəndlərə səfərlər etməsi vəziyyətin stabilləşməsi, əhalinin
hökümətə inamının artırılması baxımından çox önəmlidir. Əgər İcra Başçısı bu
lazımi addımları atırsa, Prezidentin tapşırıqlarının icrasında aktivlik göstərirsə,
bu, onun, Prezidentin göstərişlərini önəmsəməsi, tapşırıqlarına əməl etməsi,
bir sözlə, ona və hökümətinə sədaqətinin göstəricisidir.



Prezidentin tapşırıqlarının icrasında aktivlik


Bu baxımdan ən çox aktivlik göstərən, müsbət mənada
canfəşanlıq edən İcra Başçısı kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı
Taleh Qaraşovun adını qeyd etmək olar.

Beləki, anti-böhran tədbirlərinin geniş təbliği,
əhalinin problemlərinin dinlənib həll olunması, yerlərdə səyyar qəbulların
keçirilməsi, görüşlərin təşkil olunması baxımından Taleh Qaraşov nəzərəçarpacaq
dərəcədə fəallıq göstərir. Rayonda keçirilən əksər tədbirlərdə, görüşlərdə
çıxış edən İcra Başçısı çıxışının mövzusunu əsas etibarilə anti-böhran tədbirləri
və bu tədbirlərin təbliği üzərində qurur. Hazırki vəziyyətdə ən çox ehtiyac
duyulan da məhz budur.

Məlumdur ki, böhranın yaratdığı digər fəsadlarla
yanaşı, ən əsas problemlərdən biri də cəmiyyətdə psixoloji narahatlığın
olmasıdır. Bu problemin isə həlli əhali ilə görüşlərin keçirilməsi və onların
dinlənməsindən keçir.

Təəssüf ki, bu baxımdan bütün İcra Başçılarının
fəal olduğunu qeyd edə bilmirik. Halbuki, hal-hazırda ölkənin, cəmiyyətin buna
çox böyük ehtiyacı vardır.

Bəzi məmurların başının ən müxtəlif
qalmaqallara qarışdığı halda, Taleh Qaraşovun Prezidentə sədaqəti və üzərinə
düşən vəzifələrin icrasında aktivlik göstərməsilə gündəmə gəlməsi, əlbəttə ki,
təqdirəlayiqdir.



Prezidentin tapşırıqlarının icrasında aktivlik





Prezidentin tapşırıqlarının icrasında aktivlik





Prezidentin tapşırıqlarının icrasında aktivlik



Mehriban
Məmmədzadə

Əlaqədar Yazılar