Müsahibimiz:
Millət Vəkili,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, iqtisad elmləri doktoru,
professor Şəmsəddin Hacıyev
-Məlum olduğu kimi, 1 noyabr
tarixində ölkəmizdə Milli Məclisə seçkilər keçirildi. Namizədlərin s
iyahı
sın
da
diqqət çəkən yerdəyişmələr oldu. Məsələn, Şəmsəddin müəllim
,
ötən seçkilərdə
Göyçaydan millət vəki
l
liyinə namizədliyinizi vermişdiniz
,
bu seçkilərdə isə
Səba
i
l rayonundan
,
səbəbi nə oldu?
İlk öncə qeyd edim ki, 1 noyabr
tarixində ölkəmizdə seçki qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq tam
obyektiv, şəffaf və demokratik qaydada parlament seçkilərinin keçirilməsi Azərbaycanda
yüksək seçki mədəniyyətinin formalaşmasından və demokratik ənənələrin ildən-ilə
daha da zənginləşməsindən xəbər verir. Bildiyiniz kimi, Milli Məclisə seçkilərdə deputatlığa namizədliyim
üzvü olduğum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.
Bundan əvvəl
isə,
Milli Məclisə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən millət vəkili
seçilmişəm. Beşinci çağırış Milli Məclisə seçkilərdə də partiyamız mənə bir
daha böyük etimad göstərmiş və bu dəfə namizədliyimin başqa dairədən – 29 saylı
Səbail seçki dairəsindən irəli sürülməsini məqsədəuyğun hesab etmişdir. Fikrimcə,
bunun əsas səbəbləri sırasında bu il YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə
seçilməyim də mühüm rol oynamışdır. Məlum olduğu kimi, Səbail rayonu
paytaxtımızın mərkəzi rayonlarından biri olmaqla yanaşı, ölkəmizin
ictimai-siyasi həyatında hər zaman özünəməxsus fəallığı ilə seçilir. Mən bunun
məsuliyyətini tam şəkildə dərk edirəm və əgər növbəti dəfə millət vəkili olmağa
layiq görülərəmsə, həmişə olduğu kimi, gələcək deputatlıq fəaliyyətimdə də seçicilərimin
və partiyamızın böyük etimadını öz əməli işlərimlə doğrultmağa çalışacağam.
Ümumiyyətlə,
dairələr üzrə namizədlərin siyahısında baş verən yerdəyişmələrə texniki dəyişikliklər
kimi yanaşmaq lazımdır. Çünki mahiyyətcə, hər bir dairənin seçiciləri, sakinləri
Azərbaycan vətəndaşıdır və buradan seçilən millət vəkilləri də Milli Məclisdə
Azərbaycan vətəndaşlarının hüquqlarını, mənafelərini təmsil edirlər.
–
5 ildə rəhbəri olduğunuz
E
lm və
T
əhsil
K
omitəsi hansı qanunlar hazırlayıb?
Elm və təhsil
sahəsində qanun layihələrinin hazırlanması komitəmizin başlıca fəaliyyət
istiqamətini təşkil edir. Bildiyiniz kimi, bundan əvvəlki çağırış Milli Məclisin
fəaliyyəti dövrü ərzində komitəmiz tərəfindən Azərbaycan Respublikasının “Təhsil
haqqında” Qanun layihəsi işlənib hazırlanmış, Milli Məclisdə qəbul edilmiş və Cənab
Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilərək qüvvəyə minmişdir. Müstəqillik
əldə etdikdən təqribən 17 il sonra belə bir Qanunun qəbul edilməsi Azərbaycanda
təhsil sahəsində mövcud olan bütün münasibətlər sisteminin müasir tələblər səviyyəsinə
uyğunlaşdırılmasına hüquqi təminat yaratdı. Bununla yanaşı, ölkə
qanunvericiliyində ilk dəfə olaraq, “Elm haqqında” Azərbaycan Respublikasının
Qanun layihəsi hazırlanaraq, bu il Milli Məclisin plenar iclasında birinci
oxunuşdan keçmişdir. Bu da o deməkdir ki, sözügedən qanun layihəsi artıq konseptual cəhətdən
bəyənilmişdir. Birinci oxunuş zamanı səsləndirilmiş rəy və təkliflərin üzərində
iş aparılmışdır və yaxın günlərdə qanun
layihəsi ikinci oxunuşa təqdim ediləcəkdir. Paralel olaraq, komitədə yaradılmış
işçi qrupları tərəfindən “Məktəbəqədər təhsil”, “Ümumi orta təhsil”, “Ali təhsil”, “Təhsil kreditləri” haqqında və digər qanun
layihələrinin ilkin variantları işlənib hazırlanır və bunlardan bəzilərinin payız
sessiyasında ictimaiyyətin diqqətinə çatdırılacağı gözlənilir. Ümumiyyətlə,
qanun yaradıcılığı prosesi çox mürəkkəb, mərhələli, elmtutumlu bir
prosesdir. Xüsusilə qeyd edim ki, komitəmiz
hər hansı bir qanun layihəsinin hazırlanmasını əlaqədar nazirlik və dövlət idarələri,
elm və təhsil müəssisələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri,
ictimai birliklər və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində həyata
keçirir. Bundan əlavə, komitəmizin üzvləri Milli Məclisə daxil olan digər bütün
qanun layihələrinin müzakirəsində fəal iştirak edirlər.
Bununla
yanaşı, komitəmizin üzvləri parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının
tərkibində təmsil olunaraq müxtəlif ölkələrin parlament nümayəndələri ilə
görüşlər keçirirlər, qarşılıqlı əhəmiyyətə malik məsələlərlə bağlı fikir
mübadiləsi aparırlar ki, bu da parlamentlərarası əlaqələrin möhkəmlənməsi
prosesinə öz töhfəsini verir.
Komitəmizin əsas
fəaliyyət istiqamətlərindən birini də komitə üzvlərinin seçicilərlə işi təşkil
edir. Komitəmizi təmsil edən millət vəkilləri hər ay müəyyən edilmiş günlərdə
seçiciləri qəbul edir, rayonlara səfər edir, onlara ünvanlanmış məktublarla
tanış olur, seçicilərin problemlərini araşdırır və həlli istiqamətində müvafiq
addımlar atırlar.
–
Orta və ail təhsil ocaqlarında dini
marifləndirmə k
o
ntekstində fənlərin keçirlməsinin
vaxt
ı
çatmayıb
mı, sizcə
? Bilirsiniz ki, bir sıra
A
vropa ölkələrində bu praktika uğurla
həyata keçirlirir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil
sistemi dünyəvi xarakter daşıyır. “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda da qeyd edilir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən,
siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən,
sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı
yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. Lakin təhsil
müəssisəsində, təhsili idarəetmə və digər təhsil оrqanlarında siyasi
partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə
yоl verilmir.
Bununla yanaşı, ölkəmizdə demokratik prinsiplərə və beynəlxalq hüquq
normalarına uyğun şəkildə dövlət və din münasibətləri formalaşmışdır. Dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan
azadlığı təmin edilmişdir. Siz sualınızda Avropa ölkələrini misal çəkdiniz.
Lakin vəziyyət bunun tam əksinədir. Azərbaycan bu məsələdə Avropanı üstələyir və
dini tolerantlıqdan, dini dözümlülükdən danışarkən, Avropada Azərbaycan
modelini misal çəkirlər. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası
dialoqun təbliğinin gücləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür və
ölkəmiz dünyada tolerantlığın nümunəsinə çevrilmişdir. Hazırda tolerantlıq
dedikdə, dünya ictimaiyyətinin gözü qarşısında ilk növbədə Azərbaycan canlanır.
Bu gün də, ölkəmizdə nəinki dini maarifləndirmə, ümumiyyətlə milli mənəvi
və ümumbəşəri dəyərlərin təbliği işləri uğurla davam etməkdədir. Bu prosesə ölkəmizin
təhsil sistemi də fəal surətdə qoşulmuşdur. Bildiyiniz kimi, Cənab Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sisteminin başlıca vəzifələrindən
biri hazırlanan kadrların milli mənəvi və ümumbəşəri dəyərləri qoruya və
inkişaf etdirə bilməsidir, geniş dünyagörüşünə malik olmasıdır və s. Bunun üçün
təhsil müəssisələrində hər hansı bir dini fənnin tədris edilməsi əsas şərt
deyildir. Yəni dini fənlər tədris olunmadan da bu işləri uğurla həyata keçirmək
mümkündür və keçirilir də. Məsələn, məndə olan məlumatlara görə, müntəzəm
olaraq təhsil müəssisələrində uşaqların və gənclərin milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində dini mövzular da daxil
olmaqla müxtəlif konfranslar, seminarlar, müzakirələr, məruzələr və s. tədbirlər
həyata keçirilir. Bu baxımdan dini
təhsil müəssisələri və ixtisaslar istisna olmaqla, ölkəmizdə fəaliyyət göstərən
təhsil müəssisələrinin tədris planına və ya kurikulumuna dini fənlərin daxil
edilməməsini neqativ tendensiya kimi qiymətləndirmək düzgün olmaz.
–
Uzun müddət SSR
İ
–
n
in Neft Akedemiyası adlanandırlan A
DNA-ya
(
Azərbaycan Dövlət Neft Akademiyası
) alternativ neft məktəbinin
yaradılmasın
a
səbəb nədir?
Düzdür, SSRİ
zamanında neft sahəsi üzrə vahid ali təhsil müəssisəsi fəaliyyət göstərirdi və
bu o zamanki iqtisadi sistemin tələblərinə uyğun gəlirdi. Lakin müstəqillik
qazandıqdan sonra, bazar iqtisadiyyatı şəraitində bir çox sahələrdə olduğu kimi
təhsil sahəsində də rəqabət mühitinə ciddi ehtiyac yarandı. Hazırda təkcə neft
deyil, digər sahələr üzrə də ixtisaslı kadr hazırlığı prosesi bir neçə
universitetdə həyata keçirilir. Məsələn, iqtisadiyyat, hüquq, pedaqogika,
menecment, mühəndislik və s. kimi çoxlu sayda ixtisasları misal göstərmək olar
ki, onların müxtəlif universitetlərdə təhsilinin təşkil olunması ali təhsil müəssisələri
arasında sağlam rəqabət mühiti formalaşdırır və təhsil xidmətlərinin keyfiyyətinin
yüksəlməsinə səbəb olur. Bu baxımdan, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Bakı Ali Neft Məktəbinin yaradılması məhz ölkə iqtisadiyyatının aparıcı sahəsi
olan neft-qaz sektorunda yüksək keyfiyyətli, beynəlxalq standartların tələblərinə
uyğun mütəxəssislərin hazırlanması işinə böyük töhfə oldu. Bununla yanaşı, Möhtərəm
Prezidentin sentyabr ayında imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Neft
Akademiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması ali
təhsil ocağının təkcə neft sənayesində deyil, eləcə də sənayenin digər sahələrində
də yüksək rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirə bilməsinə geniş
imkanlar yaradacaqdır.
–
Müəllimlərə dövlət qulluqçusu
statusunun verilməsi ilə bağlı vəziyyət nə yerdədir və bu yaxınlarda məsələ ilə
bağlı hər hansı qərarın
açıqlanacağıgözlənilirmi?
Bildiyiniz kimi, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və
səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə
dair konsepsiya layihəsinin hazırlanması barəsində sərəncam
ölkə başçısı Cənab İlham Əliyev tərəfindən 2011-ci ilin aprel ayında
verilmişdir. Sərəncamda bu işin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hesab edirəm ki, işin gedişatı ilə bağlı ətraflı məlumatı sərəncamın
icrası ilə məşğul olan aidiyyəti qurumlardan əldə etsəniz
daha məqsədəuyğun olardı. Bununla
yanaşı, qeyd edim ki, bu sahədə komitəmizdə müəyyən araşdırmalar aparmışıq. Belə qənaətə gəlmişik ki, dövlət qulluğunun bütünlükdə deyil, yalnız iki-üç komponentinin müəllimlərə şamil edilməsi
mümkündür, qalan məsələlər isə xüsusi statusların müəyyən edilməsi ilə öz
həllini tapa bilər. Gördüyünüz kimi, sərəncamda da söhbət dövlət qulluğunun xüsusi
növündən gedir.
–
Milli Məclisə
yenidən
üzv
seçiləcəyiniz
təqdirdə(biz buna inanırıq) kom
i
tənin
işini necə görürsünüz?
Hansı iş
lərin
görülməsi daha vacibdir?
Biz də Yeni
Azərbaycan Partiyasının parlaq qələbəsinə inanırıq. Çünki seçicilərimiz Yeni Azərbaycan
Partiyasına, onun lideri cənab İlham Əliyevin milli mənafelərimizin təmin edilməsinə
istiqamətlənən müstəqil, uzaqgörən, müdrik, məqsədyönlü, mütərəqqi siyasətinə,
onun güclü siyasi iradəsinə, tükənməz intellektinə inanır və bu siyasətin alternativsizliyini
aydın şəkildə görürlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli
qoyulan və ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev
tərəfindən yeni məzmunda uğurla davam etdirilən
inkişaf
strategiyası sayəsində bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, siyasi və
iqtisadi sabitlik nümayiş etdirən, müstəqil siyasət yürüdən qüdrətli bir dövlətə
çevrilmiş və qarşıya daha əzəmətli hədəflər qoyulmuşdur. Əldə olunmuş misilsiz
nailiyyətlər deməyə əsas verir ki, qısa bir zamanda Azərbaycan inkişaf etmiş
ölkələr sırasına daxil olacaqdır. Bununla bağlı, ölkədə yeni prioritetlər müəyyən
edilmiş, çoxlu sayda strateji inkişaf proqramları qəbul edilmiş və icra edilməkdədir.
Təbii ki, partiyamız bundan sonra da gələcək fəaliyyətini Azərbaycanın parlaq gələcəyini
təmin edən yeni vəzifələr və hədəflərə uyğun olaraq quracaqdır. O cümlədən də,
deputatlığa namizəd kimi, mən də, əgər seçicilərim etimad göstərərlərsə, gələcək
parlament fəaliyyətimi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü yeni
platformaya, yeni hədəflərə uyğun şəkildə davam etdirəcəyəm.
Mehriban Məmmədzadə
