Birinci xanım Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub. O qeyd edib ki, Heydər Əliyev Fondunun bir çox gözəl ənənələri var və onların arasında ən vacibi xeyriyyəçilik ənənələridir.
Onun sözlərinə görə, heç bir təzyiq, heç bir çətinlik, üzləşdiyimiz ədalətsizliklər Azərbaycan xalqının xoş niyyətini və birliyini sarsıda bilmədi. “Əminəm ki, bundan sonra da sarsıda bilməyəcək. Bu il Fond 12 illik fəaliyyətini qeyd edəcək. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bilirsiniz ki, demək olar, bizim bir sıra layihələrimiz çox böyük uğurla qarşılanıb və artıq bitirilib. Bu illər ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub. Bilirsiniz, biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq”.