Tovuzda 39 yaşlı kişi intihar edib

0
1749455307.3907626

Hadisə rayonun “Semzavod” qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 39 yaşlı Səməd Hüseynov özünü yaşadığı evdə asaraq intihar edib.

Tovuz Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, baş verən intihar hadisəsi ilə bağlı araşdırmalara başlanıb: “Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Polis şöbəsinin əməkdaşları faktla bağlı araşdırmalar aparır”.

Qeyd edək ki, hadisə bu gün 13 radələrində baş verib. Mərhumun rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işlədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir