“Hansı vitaminlər dəri üçün faydalıdır?”, – deyə soruşursunuzsa, A, B3, B9, C və E vitaminlərinin faydalarını bilməlisiniz.
Yaşlanma müddətini yavaşladan A vitamini
Anti-aging üçün C vitamini
Dərinin toxumasını qoruyan kollagen ifrazını artırır. Qocalıq ləkələrinin rəngini azaldır. Portağal, limon, qreypfrut, naringi, kivi, çiyələk, quşburnu, gilas, brokoli, bibər və cəfəri C vitamini ilə zəngindir.
Güclü antioksidan olan E vitamini dərini günəş şüalarının təsirindən qoruyur. Buğda, yulaf, yaşıl tərəvəz, zeytun, qoz, fındıq, badam, fıstıq, quru ərik, kivi, manqoda olur.
Hüceyrə yeniləyən B3 və B9 vitaminləri
Dəriyə ehtiyacı olan nəmi saxlama bacarığını B3 vitamini verir. B9 vitamini isə hüceyrə yeniləyicidir. B3 balıqda və qırmızı ətdə, B9 isə yaşıl yarpaqlı tərəvəzlərdə, quru paxlalılarda, narıncıkimilərdə, qaraciyərdə, yumurtada, fıstıqda və badamda olur.
