Search for:
  • Ana səhifə/
  • Siyasət/
  • Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Paylaş:

Rusiya və İran arasında nüvə energetikası sahəsində  É™məkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.


42-CiParalel-ın

“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosatom”  dövlət korporasiyasından  bildirilib.

Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.

Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.

Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.

Paylaş: