VİTAMİNLƏRLƏ ZƏNGİN SALAT

Artıq yay fəsli başlayıb. Demək olar ki, meyvə-tərəvəzin sezonudur. Yağlı yeməklər deyil salatlara soyuq yeməklərə üstünlük verilir. Bu gün sizlərə təqdim edəcəyimiz salat həm vitamin cəhətdən həm də sağlamlıq cəhətdən üstünlük təşkil edir. Vitaminlərlə zəngin olan bu salat “qarışıq salat” adlanır.


Tərkibi:

yarım dəstə kahı

qırmızı kələmin yarısı

2 ədəd yerkökü

2 ədəd pomidor

1 ədəd xiyar

3 sap göy soğan

qara zeytun

acı bibər

2 çay qaşığı sumax

limon

Hazırlanması:

Kahını və kələmi xırda-xırda doğrayırıq.

Üzərinə göy soğanı xırda-xırda doğrayıb pomidoru da əlavə edirik.

Ardınca üzərinə yerkökünü sürtkəcdən keçirib, xiyarı da doğrayırıq.

Qalan ərzaqları əlavə edib salatımızı yemək üçün hazırlayırıq.

Üzərinə əlavə üçün sumax və kiçik acı bibərlərdən istifadə edin.

Zeytun da qoymaq olar.

Daha sonra istədiyiniz şəkildə souslarla dad qatıb süfrəyə verirsiniz.

Nuş olsun!

Əlaqədar Yazılar