Qara ciyərin sağlamlığı üçün faydalı təbii içki

Bu içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır – iltihabəleyhinə təsir edir, fəaliyyətini yaxşılaşdırır, təmizləyir, möhkəmləndirir, bərpa proseslərini sürətləndirir.

Sizə bu faydalı içkinin reseptini təqdim edirik.

Tərkib:

– 1 ədəd qreypfrut

– 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil

– 1 diş sarımsaq

– 1 x.q. bal

– 200 ml su

Hazırlanması:

1. Sarımsaq sarımsağəzənlə əzilir, sürtgəcdən keçirilmiş zəncəfillə yaxşı qarışdırılır.

2. Qreypfrutdan şirə sıxılır.

3. Sarımsaqla zəncəfilin qarışığı, şirə, bal və su blenderlə yaxşı qarışdırılır və axşam yatmazdan təxminən 1 saat əvvəl kiçik qurtumlarla içilir.

Bu içkini həftədə 2-3 dəfə qəbul edin.

Əlaqədar Yazılar