Search for:

Sidikdən elektrik enerjisi alırlar

Paylaş:

Böyük Britaniya alimləri olduqca maraqlı bir kəşfə imza atıblar

Onlar insan sidiyindən elektrik enerjisi almaq layihəsini uğurla başa vurublar. Bristol Bioenerji Mərkəzi rəhbərinin köməkçisi həkim Conatan Vinfeldin rəhbərliyindəki heyət insan sidiyini elektrik enerjisinə çevirmə gücünə sahib bir prototip ayaqyolu yaradıb.  Musavat.com BBC-türkcəyə istinadən xəbər verir ki, həyata keçirilən testlər sübut edib ki, idrardan elektrik əldə etmək mümkündür. Hətta bu elektrik enerjisindən cib telefonlarını şarj edərkən işıq da almaq olur. Araşdırmaçıların 3 il öncə üzərində işləməyə başladığı layihə Avropadakı bəzi miqrant düşərgələrində tətbiq olunacaq. Alimlər onu da müəyyənləşdirib ki, idrar yeni olarsa, onun yanacaq potensialı daha yüksək olur.
Həkim Vinfield idrarın sadəcə tullantı maye olmadığını deyərək, tətbiq etdikləri sistemin necə işlədiyini də izah edib: “Biz idrarı bir qaba boşaldacağıq. Bu, sadəcə tullantı maye deyil. Eyni zamanda qutu içindəki mikrobioloji hücrələr üçün bir yanacaqdır. Hücrələrin tərkibində isə idrarı özü üçün istifadə edəcək bakteriyalar var və bunlar elektriki və ya enerjini əldə edə biləcəyimiz elektronları ortaya çıxarır. Biz onları cib telefonunu şarj etmək üçün bir mexanizmdə toplayırıq”.
Bakteriyalar idrar içindəki kimyəvi maddələri parçaladıqdan sonra enerjini elektrikə çevirə bilən elektronlar formasına qayıdır. 600 mililitr idrar bir ağıllı telefonu 6 saat şarj etmək üçün kifayətdir.
Bu arada dünyanın ən böyük açıq hava festivallarından olan Glastonbury bu texnologiyanı test etmək üçün ideal bir yerdi. 2016-cı ildə Bristol Bioenerji Mərkəzi heyəti festivalın keçirildiyi əraziyə açıq hava ayaqyolları inşa edib. Festivalı 5 gündə 175 min nəfər ziyarət edib. Bu da idrar toplamaq üçün bir fürsət olub.
Layihə tamamlanandan sonra xüsusən qaçqın düşərgələrindən və geri qalmış bölgələrdən istifadə olunacaq: “Cib telefonuna çatımlı olan bir texnologiyanı test etdik. Bu, necə işə yarayacağının çox açıq bir nümunəsi idi. Bu, tək başına və öz-özünə çalışan bir layihədir. Qaçqın düşərgələrinə, gecəqondu məhəllələrinə və hər hansı infrastrukturu olmayan yerlərə yerləşdirilə bilər”.
“Bill and Melinda Gates” Vəqfi ilə Oxfamın dəstək verdiyi layihə Afrika daxilində bəzi qaçqın düşərgələrində qurulacaq və enerji əldə ediləcək.

42-CiParalel.AZ

Paylaş: