5 nomreli xestexanada gedən antisanitar və özbaşınalıq


Xəstəxanalardakı acınacaqlı vəziyyətlərlə,antisanitariya
ilə bağlı tez-tez xəbərlərə rast gəlirik. Bu kimi xəbərlərlə bağlı sayıtmıza da
şikayətlər daxil olur. Belə şikayətlərdən biri də 5 saylı şəhər kliniki xəstəxanası
ilə bağlıdır.


Şikayətdə bildirilir ki, xəstəxanada
pinti bir mühit və dözülməz şərait, rüşvətxorluq, özbaşınalıq baş alıb gedir.


Bəs görəsən baş həkim Ziya Əsədov bütün
bunlara niyə laqeyid yanaşır? Yoxsa o da bu çirkabın içindədi və olanlara göz
yumur. Görəsən Ziya Əsədov ölkə başçısının verdiyi sərəncamdan xəbərsizdimi?





Bildiyiniz kimi, hələ bir neçə il öncə
Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin
həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq
5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.





Qeyd edim ki, şikayətdə deyilir ki, xəstəxanada
çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar
pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən
xidmət göstərilmir.





Xəstəxanada
“UZİ”-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni
20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata
başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır.





Daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi
üçün də xəstələrdən pul tələb edilir. 5 saylı Kliniki Xəstəxanada bu cür
özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi
vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda
gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın
rüşvət alan personalının “əl-qolunu” açır. Rayon xəstəxanalarından
“göndəriş” gətirilməsini bəhanə edərək xəstələri soyurlar.





Xəstəxananın
kordioloji korpusunda vəziyyət daha acınacaqlıdır. Burada xəstə yaxınları ilə həkimlər
və tibb bacıları az qala rüşvət davasına çıxırlar. Həkimlərin istədikləri rüşvəti
vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi
deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara göndərilirlər.





Bildirilir ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən
xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları
tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən rüşvətxorluğa
və antisanitariyaya baş həkim Ziya Əsədov niyə “göz yumur”?





İddiaya görə, baş həkim Ziya Əsədovun
“göz yummağına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin
60-70 faizinin ona çatmasıdır. Bundan başqa, iddia olunur ki, baş həkim yaxın
zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumat alıb. Ona görə də
“əlimyandı”ya düşüb ki, bacardıqca vəzifəsindən sui-istifadə eləsin,
daha çox qazansın.





Şikayətlə bağlı araşdırmalarımızı
aparıb


materialımızı sizlərə təqdim edəcəyik.

Əlaqədar Yazılar