Azərbaycan prezidenti
İlham Əliyev
in 55 illiyi münasibətilə
Gəncə
də ağacəkmə aksiyası keçirilib.
“42-ciparalel.az”ın məlumatına görə, aksiyada şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kampaniya çərçivəsində əsasən
Gəncə
nin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilir.
Gəncə
şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi aksiya çərçivəsində 55 000-ci ağacı əkib.
İcra başçısının birinci müavini Elnur Rzayev bildirib ki, 450 hektar ərazisi olan
Heydər Əliyev
Park Kompleksində həyata keçirilən aksiyaya bu il dekabr ayının 1-dən start verilib.
Yeni Azərbaycan Partiyası
Gəncə
şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev ağac əkmə aksiyasının gəncəlilərin Azərbaycan prezidenti
İlham Əliyev
in 55 illiyinə hədiyyəsi olduğunu bildirib. O qeyd edib ki, bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan
Gəncə
şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

