Qars-Axalkalaki dəmir yolunun tikintisindən sonra İrəvan Ermənistan və Türkiyə arasında dəmiryolu daşımalarının həyata keçirilməsi ilə bağlı danışıqlara başlayacaq.
42-CiParalel.Az
“Azalıq” radiosuna açıqlamasında Ermənistanın Nəqliyyat naziri Vaan Martirosyan söyləyib. O, bu tip daşımaları Gürcüstan dəmiryolu şirkətinin həyata keçirə biləcəyini istisna etməyib:
“Bu istiqamətdə müzakirələr aparılacaq. Nəticələri haqqında biz ictimaiyyəti məlumatlandıracağıq”.
Qeyd edək ki, Qars-Axalkalaki Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin bir hissəsidir. Layihənin bu ilin birinci yarısında reallaşdırılması gözlənilir.
Ermənistanla Türkiyə arasında keçən il ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu isə 2015-ci illə müqayisədə 17% çoxdur. Türkiyə hazırda Ermənistanın 7-ci böyük ticarət tərəfdaşı sayılır.
İrevan Bakinin bu boyuk layihesine qosulmaq isteyir
