Azərbaycan prezidenti Brüsseldə Jan-Klod Yunkerlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.


42-CxiParalel.Az

-ın məlumatına görə, görüşdə Azərbaycan ilə

Avropa İttifaqı

arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan ilə

Avropa İttifaqı

arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən

Avropa İttifaqı

ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.

Görüşdə Azərbaycanın

Avropa İttifaqı

ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb.

***

19:23

Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.


42-CiParalel.Az

-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

*** 18.46

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüş başlayıb.


42-CiParalel.Az

-ın məlumatına görə, prezident bundan əvvəl

Avropa İttifaqı

Şurasının sədri Donald Tusk, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi, vitse-prezident

Federika Mogerini

və Aİ-nin enerji ittifaqı üzrə vitse-prezidenti

Maroş Şevçoviç

ilə görüşlər keçirib.

Sosial səhifələrdə paylaş

Əlaqədar Yazılar