Ağköynək kəndi – 1 əkin sahəsinə baxış keçirilmiş



Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik tərəfindən

42-CiParalel

-ə verdiyi xəbərə görə Qazax
rayonu

Ağköynək kəndi – 1 əkin sahəsinə baxış keçirilmiş, 1 ədəd
125 mm-lik tank mərmisi (ZBM-22) aşkar edilərək zərərsizləşdirilməsi üçün
götürülmüş, nəticə etibarilə 10 kv.m. ərazi yoxlanılmışdır.

(Qazax RPŞ-nin məlumatı)

Ümumilikdə  Agentlik tərəfindən 01
yanvar – 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli,
Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran,
Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi
hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə,
su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına,
yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə,
istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş,                 1 990 ədəd partlamamış hərbi
sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilmiş, 1 178 337 kv.m ərazi (463 057 kv.m əl ilə,            304 800 kv.m mexaniki üsulla, 113 000
kv.m SENSYS dərinlik ölçən cihazı və  297
480 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır


Əlaqədar Yazılar