Çin səssiz atom sualtı qayıq yaradır!

0
1749455057.7643776



42-CiParalel.Az

xaici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasında (ÇXR) yeni nəsil atom sualtı qayığının yaradılması işlərinə başlanıb. «Flotprom»-un məlumatına görə, bu qayıqların fərqli xüsusiyyəti ondan ibarətdir ki, onlar tamamilə səssiz hərəkət edəcəklər.

Verilən xəbərə görə, layihə üzərində, əvvəllər digər ölkələrdə çalışmış mütəxəssis komandası işləyir, baş konstruktorun səlahiyyətlərini isə ÇXR Elmlər akademiyası Mexanika institutunun aparıcı konstruktoru Xe Qoavey yerinə yetirəcək. O, bundan əvvəl ABŞ-da Los-Angeles milli laboratoriyasında işləyib.

Hal-hazırda qayığın kompüter modelinin hazırlanması işləri görülür. Bildirilir ki, yeni qayığın atom güc qurğusu və xüsusi gövdəsi olacaq. Məhz bunların sayəsində düşmən onu «görə bilməyəcək».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir