2017-ci ilin mart ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi


Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik

42-CiParalel.Az

-a məlumat veririr ki,



2017-ci ilin mart ayı ərzində mina və
PHS təmizlənməsi əməliyyatlarinin gedişi




2017-cı ilin mart ayı ərzində 1 686 047 m

2

ərazi
yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 3,437 ədəd
PHS, 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir.


Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət
iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34
minaaxtaran it iştirak edir.


İndiyədək cəmi 398 670 503 m

2

ərazi təmizlənmişdir.
Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760 344 -dür.


Mart ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron,
Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Qazax,
Yevlax və Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata
keçirilib.





MİNADAN ZƏRƏRÇƏKƏNLƏR




2017-cı ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi
qeydə alınmışdır.


Əlaqədar Yazılar