Çingiz Abdullayev: “Kalqotka” geyinmirəm, kişiləri yox, qadınları sevirəm – VİDEO
Azərbaycanın məşhur detektiv yazıçısı
Çingiz Abdullayev
Bakıda kitab mağazasının açılışında etdiyi çıxışla diqqətləri üzərinə çəkib.
42-CiParalel.Az
-ın məlumatına görə, dünya şöhrətli yazıçımızın söylədiyi fikirlər böyük səs-küyə səbəb olub.
O, cavanların kitab oxumadığından gileylənərkən maraqlı çıxış alınıb:
“Sovet dövründə kitab almaq üçün gecədən növbəyə dururduq. İndiki cavanlar mənim dediklərimə inanmazlar. İndi kimin pulu varsa ya bərbərxana açır, ya da “kalqotka” mağazası. Mənim başımdan görürsünüz ki, bərbərə ehtiyacım yoxdur. “Kalqotka” da geyinmirəm. Mən qadınları sevirəm, kişiləri sevmirəm”.