Search for:

“Bayrağımız qürurumuzdur!”

Paylaş:


Noyabrın 8-də Xətai rayonundakı Heydər Əliyev
Parkında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm
Qalereyasının, rayon icra hakimiyyətinin və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə asfalt üzərində “Bayrağımız qürurumuzdur!” adlı rəsm aksiyası
keçiriləcək.



42-Ciparalel.az


AzərTaca istinadən bildirir ki, tədbirin təşkilindəki əsas məqsəd Azərbaycanın dövlət
bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması və gənclərdə
vətənpərvərlik duyğularının aşılanmasıdır.


Azərbaycan
Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək
dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”
Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.  1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən milli atributlarımızın rəmzlərindən biri kimi qeydə alınmış, Prezident
İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən isə 9 noyabr Azərbaycanda
Dövlət Bayrağı Günü kimi qeyd edilir.


Paylaş: