Search for:

Bir ildən sonra quldur dəstə tutuldu

Paylaş:


Xaçmazda iş adamını qətlə
yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun
cinayət işi üzrə məhkəmə başlayıb.



42-Ciparalel.az


-ın məlumatına görə, Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror
ittiham aktını elan edib.



Belə ki,


sözü gedən aktda qeyd edilib ki,
təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq,
oğurluq cinayətləri ilə məşğul olub. H


əmçinin


rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyib
öldürüb, evdən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili qadının
meyiti ilə birlikdə yandırıblar.



T


opdan satış mərkəzi sahibi olan İlqar Məmmədov da dəstənin
qurbanlarından biri olub.


Belə ki, evindən 289 min manat pul və qızıl-zinət
əşyaları götürmək üçün quldur dəstə üzvləri İlqar Məmmədovu da bıçaqlayaraq
qətlə yetirmişlər.



Onlara
Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181-ci (quldurluq) və s.
maddələri üzrə ittiham verilib.



İttihama
münasibət bildirən Qalib Kərimov özünün qismən təqsirli bilib. Firudin
Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyib.



Məhkəmədə
ifadə verən Qalib Kərimov deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə
iştirak etməyib: “Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub.
Guya mən Nəzakəti kolbasa-çörəyinə zəhər qataraq öldürüb, evindən oğurluq
etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun
olduğunu demişəm. Halbuki, İlqar Məmmədovun epizodu üzrə mənlə Vüsal olub. Yəni
Firudin məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi
qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən.
Mən də acığa düşüb, Firudinin də İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak
etdiyini dedim”.



Təqsirləndirilən
şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər:
“2012-ci ildə həmin evdən oğurluq etmişəm. Orada saxlanıb həbs edilmişdim.
İndi isə fikirləşirdim ki, məni tanımaz. Hadisə baş verən gün Vüsalla oturub
içmişdik. Getdik İlqarın evinə. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi.
Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə
bilim. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri kimi girdim. İlqar
məni tanıdı. Dedi, mən onun evindən oğurluq etmişəm. Başladı məni söyməyə. Bu
zaman soyuducunun yanından bıçağı götürüb, ona bir neçə zərbə vurdum”.



Qeyd




ed


ə


k




ki


,


q


ə


tl




hadis


ə


si




ke


çə


n




il




iyunun


16-


da




Xa


ç


mazda




ba


ş


verib


.

Paylaş: