Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov: “Şahmata dövlət tərəfindən xüsusi qayğı göstərilir”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə şahmatın inkişafına böyük
qayğı və diqqət göstərir. Və
məhz b
unun nəticəsidir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət
yığması üçüncü dəfə Avropa komanda çempionatında qalib oldu. Yarışa gələndə hədəfimiz
mükafatçılar sırasına düşmək idi. Çünki əmsalda komandamız ikinci idi. Ayrı
nəticə bizi qane etmirdi. İlk turda uduzub, sonra toparlanaraq sonda qalib
adını qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir.
42-Ciparalel.az
xəbər verir ki, Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Gənclər və İdman
Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində
belə
deyib.
Çempionatda
ilk məğlubiyyətin isə tamamən təsadüfi olduğunu vurğulayan vitse-prezident
bildirib: “Ona görə ki, belə yarışlar İsveçrə sistemi ilə olanda, ilk turda
güclü komandalar zəiflərlə qarşılaşır. Bu, sistemin qaydasıdır. Heç kəs inanmaq
istəmirdi ki, Azərbaycan komandası zəif komandaya uduzdu. Komanda üzvləri bu
məsuliyyəti başa düşdülər. Hər turdan sonra daha da yaxşı oyun göstərdik.
Sonrakı qarşılaşmalarda komandamız məğlub olmadı. Ardıcıl 5 qələbə qazandıq.
Son turda da bizi heç-heçə qane edirdi. Bunu da etdik”
.