Rusiyalı jurnalistlər Suriyada yaralandı
Suriyada idarə olunan partlayıcı
qurğunun partlaması nəticəsində Rusiyanın NTV və “Zvezda” telekanallarında çalışan
jurnalistlər yaralanıb.
42-Ciparalel.az
-ın
APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə
Nazirliyinin məlumatında bildirilir.
“Noyabrın 6-da rusiyalı jurnalistlər
Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən
idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı
jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.
Yaralılar “Xmeymim” aviabazasına
çatdırılıb.
Və hal-hazırda
onların həyatı üçün heç bir təhlükə
yoxdur
”
.